Çilidə meşə yanğınları qurbanlarının sayı 112 nəfərə çatıb - YENİLƏNİB-3
- 5-02-2024, 08:53
- Dünya
Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə bazar günü Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb.
Saat 21:00-a (Bakı vaxtı ilə saat 04:00) dair məlumatı təqdim edirik. Bu vaxta qədər 112 nəfərin meyiti Valparaiso məhkəmə-tibb şöbələrinə daxil olub", - deyə məlumatda bildirilir.
Bundan əvvəl 99 nəfərin öldüyü bildirilirdi.
Fevralın 2-də Prezident Qabriel Boric yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.
01:34
Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Tibbi Ekspertiza Xidməti məlumat yayıb.
“Bu günə qədər 99 nəfərin meyiti qəbul edilib”, - məlumatda deyilir.
Bundan əvvəl Çili Prezidenti Qabriel Boriç 64 nəfərin öldüyünü bildirib. O etiraf edib ki, faciə qurbanlarının sayı artacaq. Ölkədə iki günlük matəm elan olunub.
Fevralın 2-də Prezident yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq edilib. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.
22:23
Çilinin Valparaiso şəhərində meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə ölkə Prezidenti Qabriel Boriç xəbər verib.
"Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq", - o, Prezident Administrasiyasının “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanan mətbuat konfransında deyib.
Boriç həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib. “Bütün ölkə əzab çəkir və ölənlərə yas saxlayır”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev dağılıb. "Vina del Mar bələdiyyəsində daha çox ziyan dəytib", - Boriç qeyd edib.
19:51
Çilidə meşə yanğınları on minlərlə hektar ərazini bürüyüb, alovun yayılmasını hələ də ləngitmək mümkün olmayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın hazırda bir milyona yaxın insanın yaşadığı Valparaiso bölgəsini tamamilə cənginə alıb.
Fevralın 4-nə olan məlumata görə, yanğınlar nəticəsində 51 nəfər həlak olub. Ölkədə hazırda fövqəladə vəziyyət rejimi hökm sürür.
Çili Prezidenti Qabriel Boriç xüsusi videomüraciətində ölkədə vəziyyətin çox təhlükəli olduğunu etiraf edib.