Türkiyə XİN: “İsrail və İran arasındakı gərginlik müharibənin xəbərçisi olacaq”
“İran və İsrail arasında artan gərginlik daha böyük müharibənin xəbərçisi ola bilər”.
Bunu Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan deyib.
“Bu eskalasiya daha böyük müharibənin xəbərçisi ola bilər”, - nazir bildirib.
Onun sözlərinə görə, hazırda vəziyyət sakitləşmiş kimi görünsə də, belə potensial həmişə mövcuddur.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran tarixdə ilk dəfə birbaşa olaraq İsrailə hücum edib, 200 pilotsuz təyyarə və 150 raket atıb. İsrail bəyan edib ki, onların 99%-i ələ keçirilib.
Mənbə: Anadolu Ajansı