Главная > Manset / Dünya > Türkiyə XİN: “İsrail və İran arasındakı gərginlik müharibənin xəbərçisi olacaq”
Türkiyə XİN: “İsrail və İran arasındakı gərginlik müharibənin xəbərçisi olacaq”6-05-2024, 13:55. Разместил: azadses |
“İran və İsrail arasında artan gərginlik daha böyük müharibənin xəbərçisi ola bilər”. Bunu Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan deyib. “Bu eskalasiya daha böyük müharibənin xəbərçisi ola bilər”, - nazir bildirib. Onun sözlərinə görə, hazırda vəziyyət sakitləşmiş kimi görünsə də, belə potensial həmişə mövcuddur. Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran tarixdə ilk dəfə birbaşa olaraq İsrailə hücum edib, 200 pilotsuz təyyarə və 150 raket atıb. İsrail bəyan edib ki, onların 99%-i ələ keçirilib. Mənbə: Anadolu Ajansı Вернуться назад |