Pentaqonun rəhbəri İsveçin müdafiə naziri ilə Ukraynadakı vəziyyəti müzakirə edib
ABŞ müdafiə naziri Lloyd Ostin isveçli həmkarı Pol Consonla Ukraynadakı vəziyyəti müzakirə etmək üçün telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazirlər “Ukraynaya əlavə dəstək və digər təhlükəsizlik məsələləri” ətrafında fikir mübadiləsi aparıblar. Ostin İsveçin NATO-nun yeni üzvü kimi göstərdiyi səylərin onun regional təhlükəsizliyə sadiqliyini nümayiş etdirdiyi fikrini səsləndirib.
Pentaqon rəhbəri Niderlandın müdafiə naziri Kaysa Ollonqren ilə də “Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələri ilə təmin olunmasının kritik ehtiyacını müzakirə etmək üçün” danışıb.