Hindistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
- 30-09-2023, 10:21
- Dünya
Vaşinqtonda səfərdə olan Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar və Pentaqonun rəhbəri Lloyd Austin ikitərəfli müdafiə əməkdaşlığının inkişafını müzakirə ediblər.
“Report” xəbər verir ki, bunu hindistanlı nazir “X” sosial hesabında qeyd edib.
“Mən müdafiə naziri Lloyd Ostin ilə görüşməkdən məmnunam. İkitərəfli müdafiə sahəsində əməkdaşlığımız barədə məhsuldar söhbət oldu. Qlobal təhlükəsizlik məsələləri üzrə faydalı fikir mübadiləsi apardıq”, - paylaşımda bildirilir.
Öz növbəsində ABŞ Müdafiə Nazirliyi məlumat verib ki, tərəflər müxtəlif təhlükəsizlik məsələləri, o cümlədən Şərqi Asiya və Hind okeanı regionunda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.