Pentaqon rəhbəri Yaponiyanın xarici işlər naziri ilə Şimali Koreya, Ukrayna və Çini müzakirə edib
- 1-06-2023, 08:23
- Dünya
Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi ölkədə səfərdə olan ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Şimali Koreya, Ukrayna və Çinə aid bəzi beynəlxalq məsələlər müzakirə olunub.
“Tərəflər regionda gərginləşən vəziyyəti, o cümlədən Şimali Koreyanın artan nüvə və raket fəaliyyətini, həmçinin adı çəkilən ölkənin dünən ballistik raket texnologiyasından istifadə etməklə “hərbi kəşfiyyat peyki”ni orbitə buraxmasını, Rusiyanın Ukraynaya təcavüzünü, Çinin güc yolu ilə status-kvonu birtərəfli qaydada dəyişməyə cəhdini, eyni zamanda Yaponiya yaxınlığında Çin və Rusiyanın hərbi koordinasiyasını gücləndirməsini müzakirə ediblər”, - XİN-in məlumatında qeyd olunub.
Ostin ABŞ-nin azad və açıq Hind-Sakit okeana və Yaponiya ilə strateji əməkdaşlığın inkişafına sarsılmaz sadiqliyini bir daha təsdiqləyib.
Qeyd edək ki, Pentaqonun rəhbəri Yaponiyada səfərdədir. Bundan sonra Ostin Sinqapura gedəcək və orada “Dialoq Şanqri-La” beynəlxalq təhlükəsizlik forumuna qatılacaq.