Bakıda məktəbdə tüstülənmə olub, şagirdlər təxliyə edilib, xəsarət alan yoxdur
Bakıda yerləşən 153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.
Bu barədə "Report"a Bakı Şəhər Təhsil İdarəsindən (BŞİH) məlumat verilib.
Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb. Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib.
Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.