Şirvan şəhərində təhsil ocaqları yeni dərs ilinə hazırdır - Fotolar
- 14-09-2020, 08:50
- Manset
Şirvan şəhərində də təhsil ocaqlarının yeni dərs ilinə hazırlığı sahəsində xeyli işlər görülüb.''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin 12.04.2019-cu il tarixli 1114 nömrəli Sərəncamına müvafiq olaraq 01.04.2020-ci il tarixdən tikinti işlərinə başlanılan 624 şagird yerlik 21 nömrəli tam orta məktəbin yeni binasının tikintisi başa çatmaq üzrədir.
Şəhər ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlamlığını qorumaq, təhsil ocaqlarının mövcud maddi-texniki təminatını daha da yaxşılaşdırmaq məqsədilə 14 nömrəli tam orta məktəbdə yeni, müasir sanitar qovşağı istifadəyə verilib, 1, 10, 11 və 18 nömrəli tam orta məktəblərin sanitar qovşaqları əsaslı təmir olunmuş, daimi axar su ilə təchiz edilib.
2020-2021-ci tədris ilində payız-qış mövsümünü uğurla başa vurmaq üçün Şirvan şəhərində də xeyli işlər görülüb, təhsil müəssisələrində cari təmir işləri aparılıb, müəllim və texniki işçilər testdən keçirilib, bütün təhsil müəssisələrində, məktəb və uşaq bağçalarında xüsusi hazırlıqlı mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılıb, sanitar qovşaqlar, istilik sistemləri yenilənib, dayanıqlı su təchizatı yenilənib, dezinfeksiyaedici məhlullar alınıb, uşaq bağçaları və təhsil müəssisələri yeni dərs ilinə tam hazır vəziyyətə gətirilib.
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesisinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarı və Təhsil Nazirlyiyinin 02.09.2020-ci il tarixli F-391 nömrəli əmrinə müvafiq olaraq Şirvan şəhərində 2020-2021-ci dərs ilinə hazırlıq işləri başa çatdırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, infeksiyanın yarada biləcəyi fəsadların aradan qaldırılması, sosial təcridin gücləndirilməsi, sanitargigiyenik norma və qaydalara ciddi əməl edilməsi, dezinfeksiya işlərinin aparılması barədə qəbul etdiyi qərarlar, tapşırıq və tələblər Şirvan şəhərində də ardıcıl yerinə yetirilib, yeni dərs ilinə hazırlıqla əlaqədar zəruri tədbirlər görülüb. Şirvan şəhər İcra Hakimiyyətinin xüsusi nəzarəti altında Gigiyena və Epidemiologiya Mərkəzinin və digər qrumların xüsusi hazırlıq keçmiş peşəkar mütəxəssisləri tərəfindən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə, Peşə Liseyində, orta məktəblərdə, uşaq bağçalarında dezinfeksiya işləri başa çatdırılıb, pedaqoji və texniki heyət COVID-19-a qarşı test yoxlamasından keçirilib, bütün təhsil ocaqları yeni dərs ilinə tam hazır vəziyyətə gətirilib.