Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlanıb
Antipsikotiklərin (antipsikotiklər və ya əsas trankvilizatorlar) qəbulu demensiyalı insanlarda insult, qan laxtalanması, infarkt, sınıqlar, pnevmoniya və kəskin böyrək zədələnməsi riskini artırır.
“Report” xəbər verir ki, bunu “BMJ” jurnalında dərc olunan araşdırma göstərib.
Yeni araşdırmada tədqiqatçılar İngiltərədə 1998-2018-ci illər arasında demensiya diaqnozu qoyulmuş 173 910 nəfərin məlumatlarını təhlil ediblər.
Onların orta yaşı 82 və 63%-ni qadınlar təşkil edib. Diaqnozdan bir il əvvəl onlara antipsikotiklər təyin olunmayıb.
Belə ki, 35 mindən çox xəstə antipsikotiklər (ən çox risperidon, quetiapin, haloperidol və olanzapin) qəbul edib. Nəticədə onların istifadəsi xəstələrdə kəskin böyrək zədələnməsi riskini 1,7 dəfə, insult və venoz tromboemboliya riskini 1,6 dəfə artırıb.
Həmçinin, antipsikotik qəbul edənlərin ürək xəstəlikləri və pnevmoniyaya tutulma ehtimalı daha yüksəlib. Riskləri hesablayarkən elm adamları xəstələrin həyat tərzi faktorlarına və qəbul edilən digər dərmanları da nəzərə alıblar.
Təhlükəsizlik narahatlıqlarına baxmayaraq, antipsikotiklər demensiyanın davranış əlamətləri üçün geniş şəkildə təyin olunmağa davam edir, bunlara aşağıdakılar daxildir: apatiya, depressiya, aqressiya, narahatlıq, əsəbilik, delirium və psixoz. Bu, qismən antipsikotiklərə təsirli alternativlərin olmaması ilə əlaqədardır.