İngiltərə və ABŞ alimlərinin fikrincə, koronavirusun bədənə təsiri altı ay və ya daha uzun müddət davam edə bilər. Tədqiqatçılar xəstəliyin ən xoşagəlməz təsirlərinin siyahısını da tərtib ediblər.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Mirror” qəzetində məlumat yayılıb.
Həkimlərin fikrincə, xəstəlikdən bərpa dövrü orta hesabla iki-üç həftə çəkir.
COVID-19-un əsas nəticələri narahatlıq və depressiya, fikir dağınıqlığı, ürək əzələsinin iltihabı, böyrək zədələnməsi, xayalarda ağrı, sidik ifrazı problemləri, menstruasiya dövründəki dəyişikliklər, həmçinin insult və qıcolmadır. Yaxşılaşan xəstələrdə 200-ə yaxın ümumi simptom müəyyən edilib.
Koronavirusun ən pis nəticələri hansılardır?
- 10-01-2021, 11:00
- Cəmiyyət