Zelenski Ukrayna ordusunun Canköyə hücum etdiyini təsdiqləyib
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Krım yarımadasının şimalındakı Canköy şəhərinə zərbə endirdiyinə təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində deyib.
“Bu gün Ukrayna Silahlı Qüvvələri Canköydəki işğalçıya, aerodroma düzgün zərbə endirib <…> Dəqiqliyiniz üçün təşəkkür edirik. Bu əməliyyatı təşkil etdiyi üçün baş komandan Sırskiyə təşəkkür edirəm. İşğalçı itirməlidir və hər bir itki Ukraynanın gücüdür”, – Zelenski söyləyib.
Xatırladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələri işğal altındakı Krımın şimalında yerləşən Canköyə zərbə endirib.
Qeyd edək ki, Ukraynanın Krım Muxtar Respublikası və eyni yarımadada yerləşən xüsusi statusa malik Sevastopol şəhəri 2014-cü ildən Rusiyanın işğalı altındadır.