azadses.az » Manset » Naxçıvan Nazirlər Kabineti bir sıra qərarları ləğv edib

Naxçıvan Nazirlər Kabineti bir sıra qərarları ləğv edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən mart ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.

Qurumun mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən imzalanmış 2024-cü il 18 mart tarixli Sərəncamla Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin balansında, İqtisadiyyat Nazirliyinin sərəncamında olan və Qida Təhlükəsizliyi Agentliyinin balansına verilməsi nəzərdə tutulan əsas vəsaitlərin Siyahısı təsdiq edilib.

Həmçinin, 2024-cü il 28 mart tarixli Sərəncamla Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun nizamnaməsi və strukturu, habelə nizamnamə fondunun məbləği barədə təkliflərini iki həftə müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bundan başqa, müvafiq qərarlarla “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2013-cü il 1 iyul tarixli, “Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 18 yanvar tarixli, “Bilik və və bacarıqlarının qiymətləndirilməsi aparılmış dövlət ilk peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli, “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırlıq quruplarında tədrisin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli qərarları ləğv edilib.

Eyni zamanda, Naxçıvan Ali Məclisi sədrinin müvafiq Fərmanına əsasən, “Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı” və “Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 27 sentyabr tarixli qərarları ləğv olunub.

Nazirlər Kabinetinin 2024-cü il 29 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin kollegiyasının üzvlərinin sayı və tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli Qərarı da ləğv edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Nərimanovda 19 yaşlı gənci avtomobil vurub
  2. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  3. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  4. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  5. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  6. Bakıda yolu keçən qadını avtomobil vurub
  7. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  8. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  9. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  10. Sumqayıtda təlim maşını yanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib