Əli Əsədov tapşırıq verdi
- 9-01-2021, 14:58
- Manset
Maliyyə Nazirliyi 2021-ci ildə beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda əksini tapıb.
Sərəncamda həmçinin, 2021-ci ildə Maliyyə Nazirliyinə:
- Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları ilə bağlı nəzərdə tutulan vəsaitin Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları üzrə manat və müvafiq xarici valyutalarda bölgüsü və həmin bölgüdə ediləcək dəyişiklikləri Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində;
- Beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində;
- Beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini iki ay müddətində;
- Xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanına əsasən, 2021-ci ildə beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq üçün 26 000 000,0 manat; Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına 135 300 000,0 manat; beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün 7 000 000,0 manat; beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 96 000 000,0 manat; xarici yardımlar üçün 36 800 000,0 manat ayrılması nəzərdə tutulub.