Naxçıvanda 3 yarımstansiya yenidən qurulacaq
- 10-01-2024, 08:00
- Cəmiyyət
Naxçıvan Muxtar Respublikasında 3 yarımstansiya yenidən qurulacaq.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, Muxtar Respublikada “Sədərək”, “Nəzərabad” və “Əbrəqunus” yarımstansiyaları bərpa olunacaq.
Görülən tədbirlər çərçivəsində 35/10 kV-luq “Sədərək”, 35/10 kV-luq “Nəzərabad” və 35/10kV-luq “Əbrəqunus” yarımstansiyalarının yenidən qurulması nəzərdə tutulur. Bunun üçün 2023-cü il oktyabrın 24-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 28-də müsabiqə yekunlaşıb.
Müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “Cihan Ceramic” MMC ilə satınalma müqaviləsi imzalanması üzrə müvafiq işlər aparılır.
Sözügedən yarımstansiyaların qurulması məqsədilə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 1 milyon 300 min manat vəsaitin 1 milyon 132 min 800 manatı Azərbaycan Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 167 min 200 manat məbləğində qənaət əldə edilib.