Moldova Prezidenti Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib
Moldova Prezidenti Maya Sandu Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib.
"Report" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
"Sülhün və harmoniyanın, təbiətin canlanmasının, firavan və parlaq il ümidlərinin təntənəsi olan Novruz bayramını qeyd edən astronomik bahar gəldi və bununla da dünya azərbaycanlılarının qəlbində sevinc hissi yarandı. 3000 ildən artıq ənənəsi olan Novruz bayramı 2009-cu ilin sentyabr ayından UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və 2010-cu ilin fevralında BMT Baş Assambleyası saflıq və əbədi bəşəri dəyərləri ifadə edən 21 martı Beynəlxalq Novruz Günü elan edib. Bu, ailə və icma birliyi deməkdir, zamanla təbliğ edilən və əbədiləşdirilən mədəni ənənələr deməkdir", - dövlət başçısı yazıb.
M.Sandu Moldovadakı Azərbaycan icmasını və Novruz bayramını qeyd edənləri gözəl və yeniləşən bayram münasibəti ilə təbrik etdiyini bildirib:
"Eviniz bütün sevdikləriniz üçün görüş yeri, ruhunuz mehribanlığa və nura açıq olsun. Novruz bayramınız mübarək olsun!", - ölkə lideri əlavə edib.