Mehriban Əliyevadan Novruz bayramı təbriki
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
“Azadsəs.az” xəbər verir ki, Mehriban Əliyevanın instaqram hesabında etdiyi paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!
Təbriklərinizə, səmimi və xoş diləklərinizə görə çox sağ olun! Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir!
Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına səbir versin!
Qoy təbiətin oyanmasının və yenilənməsinin rəmzi olan Novruz hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş etsin!
Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”