azadses.az » Manset » DTX-nin əməkdaşları texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər

DTX-nin əməkdaşları texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndə heyəti “LEAP2024” və “DeepFest” texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər.

"Report" xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, martın 4-7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində beynəlxalq səviyyəli “LEAP2024” və “DeepFest” yeni nəsl texnologiya və kibertəhlükəsizlik sərgisi keçirilib.

Texnologiya nəhənglərinin iştirak etdiyi, dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçının qatıldığı bu tədbirdə müvafiq sahə üzrə ekspert və mütəxəssislər tərəfindən müasir çağırışlar, süni zəka əsaslı yeni nəsil kibertəhlükəsizlik həlləri, sənaye nəzarət sistemlərində kiberinsidentlərin idarə olunmasına dair məsələlər, 2030-cu ilədək qlobal texnologiya hədəfləri ilə bağlı ətraflı fikir mübadiləsi və geniş müzakirələr aparılıb.

Tədbirdə ölkəmizin aidiyyəti dövlət qurumlarının və respublikamızda fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndə heyəti də iştirak etmişdir.

Tədbir çərçivəsində DTX-nin nümayəndə heyəti ilə “CİSCO” şirkətinin rəhbər vəzifəli şəxsləri arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə texnoloji sahənin davamlı inkişafı üçün mühüm işlərin görüldüyündən danışan DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov respublikamızda rəqəmsallaşma prosesinin sürətlə aparıldığını, texnoparkların yaradıldığını, işğaldan azad edilmiş Qarabağ ərazisində “Ağıllı kənd” və s. bu kimi innovativ layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.

Eyni zamanda, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, sözügedən sahə üzrə milli qanunvericilik bazasının təkmilləşdirilməsi, kibertəhdid xarakterli məlumatların mübadiləsi üzrə platformanın inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilmiş, Azərbaycanın mövqeyinin qlobal kibertəhlükəsizlik indeksində xeyli irəlilədiyi xüsusi vurğulanaraq, Azərbaycanda həyata keçirdiyi önəmli layihələrə görə “CİSCO” şirkətinə təşəkkür bildirilmişdir.

Keçirilmiş görüşdə “CİSCO” şirkətinin nümayəndələri təmsil etdikləri şirkətin Azərbaycanda hazıradək reallaşdırdığı innovativ layihələri bundan sonra da davam etdirəcəyini və bu xüsusda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd etmişlər.

Sonda görüşün əhəmiyyətinə və nəticələrinə toxunularaq, ilkin mərhələdə “CİSCO” şirkəti tərəfindən ölkəmizdə rəqəmsal akselerasiya, həmçinin kibertəhlükəsizlik sahəsində yeni təhsil proqramlarının genişləndirilməsi və qabaqcıl təcrübələrin transferinə dair yeni əməkdaşlıq imkanlarının razılaşdırıldığı vurğulanmışdır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  2. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  3. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  4. Sumqayıtda təlim maşını yanıb
  5. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  6. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
  7. Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
  8. Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
  9. Suraxanıda 16 yaşlı gənci avtomobil vurub
  10. Nərimanov rayonunda yol qəzası olub, yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib