Almaniya parlamentində müdafiə nazirinin istefası tələb ediləcək
Almaniya Bundestaqının Müdafiə Komitəsinin üzvü Herold Otten bildirib ki, “Almaniya üçün Alternativ” Partiyasının parlamentdəki fraksiyası ölkənin müdafiə nazirinin istefasını tələb edəcək.
“Report” xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.
Ottenin sözlərinə görə, Bundesverin zabitləri arasında söhbətin yayılmasından sonra yaranan qalmaqal Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun üzərinə düşən vəzifələrin öhdəsindən gəlmədiyini göstərir. Xüsusilə, Pistoriusun mövqeyi Almaniya kansleri Olaf Şoltsun rəsmi açıqlamaları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən partiya hesab edir ki, Pistorius artıq vəzifə tuta bilməz.
Otten bildirib ki, fraksiya Bundestaqın müdafiə komitəsinin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bununla yanaşı, deputat qeyd edib ki, Pistoriusun istefası mümkün qədər tez baş verməlidir.