ABŞ dövlət katibi Cənubi Koreyaya səfər edəcək
ABŞ və Koreya Respublikası dövlət katibi Antoni Blinkenin mart ayında üçüncü Demokratiya Sammitində iştirakı üçün Seula mümkün səfərinə dair danışıqlar aparırlar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Agentliyə açıqlama verən mənbələrin sözlərinə görə, səfərlə bağlı yekun qərar hələ verilməyib, lakin çox güman ki, bu səfər baş tutacaq. Agentliyin həmsöhbətləri hesab edirlər ki, A.Blinken Cənubi Koreyaya səfər edərsə, ABŞ Prezidenti Cozef Bayden tədbirə böyük ehtimalla onlayn olaraq qatılacaq.
Xatırladaq ki, bu il Demokratiya Sammitinin təşkilatçısı Koreya Respublikasıdır. Tədbirin keçiriləcəyi tarix hələ açıqlanmayıb.
A.Blinken 2023-cü ilin noyabrında Seula səfər edib.