Avropa çempionatının sonuncu günündə Azərbaycanın daha 4 güləşçisi medal qazana bilər
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı bu gün başa çatacaq.
"Report" xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi bürünc mükafat qazana bilər.
Nurəddin Novruzov (61 kq) təsəlliverici görüşdə Nils Leutert (İsveçrə) ilə üz-üzə gələcək. Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvilinin (125 kq) medal qarşılaşmalarındakı rəqibləri daha sonra bəlli olacaq.
Hazırda güləşçilərimiz 12 mükafat (5 qızıl, 3 gümüş və 4 bürünc) əldə ediblər.
Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanovla (57) Əli Rəhimzadə (65 kq) bürünc mükafata sahib çıxıblar.