Bakıdakı mundialın sonuncu günündə Azərbaycanın beş güləşçisi mübarizə aparacaq
- 2-12-2023, 10:25
- İdman
Bu gün Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatı başa çatacaq.
"Report"un məlumatına görə, “Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə Azərbaycanın beş yunan-Roma güləşçisi mübarizə aparacaq.
Nihad Quluzadə (60 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialda 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.