İran Prezidenti Türkiyəyə səfər edə bilər
İran Prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə səfər edə bilər.
“Report” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, hər hansı dəyişiklik olmadığı təqdirdə İran Prezidentinin səfəri təyin olunmuş tarixdə baş tutacaq. Qeyd edilib ki, səfər baş tutarsa, danışıqların əsas mövzularından biri terrorla mübarizə olacaq.
Xatırladaq ki, İ.Rəisinin Türkiyəyə noyabrın 28-nə planlaşdırılan səfəri təxirə salınmışdı.