İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasında iştirak etmək üçün sentyabrda Nyu-Yorka getməyi planlaşdırır.
Bunu İran hökumətinin sözçüsü Əli Bahadari Cahromi deyib.
“İlkin olaraq bu məsələ proqrama daxil edilib”, - deyə o, Rəisinin Nyu-Yorka mümkün səfəri ilə bağlı sualı cavablandırıb.