Leyla Həsənova: "Qoşulmama Hərəkatına sədrlik zamanı Azərbaycan dekolonizasiyaya xüsusi diqqət yetirib"
Qoşulmama Hərəkatına sədrlik etdiyi zaman Azərbaycanın əsas diqqət göstərdiyi məsələlərdən biri də dekolonizasiya olub.
“Report”un xəbərinə görə, bunu Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Baş katibi Leyla Həsənova "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gənclər Təşkilatının üzvləri bu məsələ ilə əlaqədar araşdırma, maarifləndirmə işləri aparıblar və bu proses davam edir.
"Bu gün keçirilən tədbirdə də dekolonizasiya məsələsini müzakirə edəcəyik. Burada diplomatik korpusun nümayəndələri də iştirak edirlər. İnanıram ki, onlarla təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcək və dekolonizasiya ilə əlaqədar biliklərimizi daha da təkmilləşdirəcəyik", - L.Həsənova qeyd edib.