Azərbaycan futzal millisinin üzvü: "Meydana yalnız qələbə üçün çıxacağıq"
"Meydana yalnız qələbə üçün çıxacağıq"
"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov Bakıda Rumıniya yığmasına qarşı keçirəcəkləri DÇ-2024-ün elit mərhələsinin oyunundan əvvəl jurnalistlərə açıqlamasında deyib.
Oyunçu komandada ab-havanın çox yaxşı olduğunu bildirib: "4-5 gündür təlim-məşq toplanışı davam edir. Biz də özümüzü göstərmək istəyirik. Hazırlıq prosesi çox yaxşı keçir. Əvvəlki matçlarda mən yox idim. Uşaqlar yaxşı oynamışdılar. Nə olubsa, keçmişdə qalıb. Növbəti iki matçda qələbə qazanmaq niyyətindəyik".
Minifutbolda da mübarizə aparan Mikayılov iki növü müqayisə edib: "Peşəkarlıq cəhətdən futzal daha yaxşıdır. Bir az komandaların sayı çox olsa, daha yaxşı olar və oyunçuların sayı çoxalar. Minifutbolda komanda sayı çoxdur. Bu səbəbdən bir az maraqlı və həyəcanlı gəlir. Ümid edirəm ki, növbəti mövsümdə futzalda da komanda sayı çoxalacaq".
Qeyd edək ki, dekabrın 15-də keçiriləcək Azərbaycan - Rumıniya matçı saat 20:00-da start götürəcək.Qazaxıstan 4 oyundan sonra 12 xalla A qrupunda liderdir, Niderland 6 xalla ikincidir. Rumıniya və millimiz isə 3 xalla 3-4-cü pillələri bölüşdürürlər.