Emin Əmrullayev: "Peşə hazırlığına yönələnlərin iki dəfə artması iqtisadiyyata təsirlərini göstərəcək"
- 13-12-2023, 09:40
- Manset / Mədəniyyət
Elm və təhsil naziri Emin Əmrullayev peşə hazırlığına yönələnlərin iki dəfə artmasının müəyyən müddətdən sonra iqtisadiyyata təsirlərini göstərəcəyini bildirib.
"Report" xəbər verir ki, o, bu barədə "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı danışıb.
E.Əmrullayev bildirib ki, bu gün əsas problemlərdən biri təhsil sisteminin vahid tədris planları əsasında aparılmasıdır: "Üç nəslə baxsanız görərsiniz ki, tədris planlarının mahiyyəti dəyişməyib. Çünki əməkhaqqı sistemi, məşğulluq həmin tədris planlarına bağlıdır. Məzmun probleminin əməkhaqqı probleminə çevrilməsi modeli səmərəli deyil. Bunun yeganə asan tərəfi saymaqdır. Təhsilin və tədrisin keyfiyyətinə heç bir əhəmiyyəti yoxdur. Biz və cəmiyyətimiz çevik qərarları sevmirik".
Nazir deyib ki, peşə təhsilinin adambaşına maliyyələşməyə keçməsi səmərəli olacaq: "Mərhələli şəkildə 12 min tələbənin adambaşına maliyyələşməyə keçidi üç il ərzində pilot olaraq başlayıb".