Azərbaycandilli məktəblərdə rus dilinin tədrisi ilə bağlı suallara - Nazirdən cavab
Təhsil naziri Emin Əmrullayev azərbaycandilli məktəblərdə ibtidai siniflərdə rus dilinin tədrisi ilə bağlı sualı cavablandırıb.
“Azadsəs.az” xəbər verir ki, nazir “QəbuldASAN” verilişində deyib ki, şagirdlər nə qədər xarici dil bilsə, yaxşıdır:
“Azərbaycanda ümumitəhsil müəssisələrində əsas xarici dil və ikinci xarici dil tədris olunur. Üç xarici dil tədris etmək həm maddi, həm pedaqoji baxımdan suallar yaradır.
Fikrimcə, uşaqlarımız öz dilimizi unutmamaqla daha çox dil öyrənməlidirlər. Aşağı yaşlarda nə qədər çox dil öyrənərlərsə, bir o qədər asan və tez olar”.