Emin Əmrullayev: “Əldə olan alətlərlə beynəlxalq rəqabətə davam gətirəcək kadr hazırlamaq real deyil”
- 21-12-2022, 13:07
- Cəmiyyət
“Məşğulluğa təhsilin təsiri məsələsində baza bacarıqları və savadlılığı önəmlidir. Misal olaraq, insanın oxuyub-anlama bacarığı yoxdursa, yaxud sadə riyazi hesablamaları, təbiət elmlərində baza savadlılığı zəifdirsə, ondan İT mütəxəssisi hazırlamaq qeyri-mümkündür”.
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, kütləvi təhsil keyfiyyətini bağça yaşlarında baza savadlılığı səviyyəsində təmin etmək lazımdır:
“Həm peşə, həm də ali təhsildə əhatəliliyi artırmağa çalışırıq. Bu proses kəmiyyət baxımından yüksək səviyyədə gedir. Burada qısamüddətli kursların, pəşəyönümlü təlimlərin də müəyyən qədər faydası var. 6 ay müddətində müəyyən bazası olan şəxsdən xidmət sahəsində məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq olar”.
“Əldə olan alətlərlə beynəlxalq rəqabətə davam gətirəcək kadr hazırlamaq real deyil”,- deyə nazir qeyd edib.