Medvedev: "Rusiya ilə NATO arasında toqquşma ehtimalı yüksəkdir"
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya ilə NATO arasında toqquşma ehtimalının yüksək olduğunu bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bununla bağlı teleqram kanalındakı səhifəsində yazıb.
"Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalı heç vaxt Karib böhranından sonra indiki qədər yüksək olmayıb", - D.Medvedev qeyd edib.
TŞ rəsmisi özünün teleqram kanalında bildirib ki, Karib böhranından sonra III Dünya Müharibəsinə səbəb olacaq birbaşa toqquşma təhlükəsi Rusiya ilə NATO arasında heç vaxt bu qədər real olmayıb.
Qeyd edək ki, Karib böhranı və ya Kuba raket böhranı SSRİ ilə ABŞ arasında 1962-ci ilin oktyabrında yaranmış gərginliyə verilən addır. Bu gərginlik 16–28 oktyabrda ABŞ-yə məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində yaranıb.
Bu qarşıdurma Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır. SSRİ-də baş verən oktyabr inqilabı ilə eyniləşdirmək məqsədi ilə kubalılar bu hadisəni “oktyabr böhranı” da adlandırırlar. ABŞ-də "Kuba raket böhranı" terminindən istifadə olunur.