Millətlər Liqası: Qadın futbolçulardan ibarət Azərbaycan millisi sonuncu oyununu keçirəcək
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirəcək.
"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edəcək.
"Dalğa Arena"da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək.
C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olacaq. Həmin görüş də eyni vaxtda başlayacaq.
Yığmamız 13 xalla qrup liderliyini ötən turda təmin edib və B Liqasına yüksəlib. Monteneqro 9 xalla ikinci, Kipr 7 xalla üçüncü, xalı olmayan Farer adaları isə sonuncudur.