Avropa Liqası: “Qarabağ” səfərdə “Nant” klubuna uduzdu
![](/uploads/posts/2022-10/medium/1666933330_foxjpmmze6w3xqqnvz5ntpvebpq9vdqqmrfurec.jpg)
Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada "Nant" klubu ilə qarşılaşıb. "Bojuar" stadionundakı görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb. E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesablı edərək, liderliyi təmin edib və 1/8 finala yüksəlib.