Aşqabadda Türkmənistan-Çin hökumətlərarası komitəsinin iclası keçiriləcək
Noyabrın 29-da Aşqabadda Türkmənistan-Çin hökumətlərarası əməkdaşlıq komitəsinin iclası keçiriləcək.
“Report” “Neytral Türkmənistan” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov ölkənin Nazirlər Kabinetinin iclasında bildirib.
Komitənin növbəti altıncı iclasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır. Onların arasında neft-qaz sektoru, nəqliyyat və logistika, kənd təsərrüfatı, kimya və toxuculuq sənayesi, elm və təhsil, yüksək texnologiyalar, səhiyyə və s. sahələr var. İclasın sonunda protokol imzalanacaq.
Meredov xatırladıb ki, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Nəşr yazıb ki, Türkmənistan-Çin münasibətlərini yeni perspektivli istiqamətlərdə inkişaf etdirmək üçün müvafiq ikitərəfli saziş əsasında komitə yaradılıb. Onun strukturuna altı ixtisaslaşdırılmış alt komitə daxildir.