Türkmənistan Aİ ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır
Türkmənistan Avropa İttifaqı (Aİ) ilə iqtisadiyyat, ekologiya, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bu barədə respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Türkmənistan Nazirlər Kabineti sədrinin müavini - xarici işlər naziri Rəşid Meredov Nazirlər Kabinetinin son iclası çərçivəsində Türkmənistan və Aİ arasında əməkdaşlığın daha da genişləndirilməsi və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işlər barədə danışıb”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, hələ sentyabrın əvvəlində Almaniyanın Mərkəzi Asiya respublikasındakı yeni səfiri Uve Byerhoff Almaniya və Aİ-nin Türkmənistanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu bəyan edib.