Bahar Muradova beynəlxalq konfransın iştirakçılarını Ermənistanın mina terroru barədə məlumatlandırıb
"Azad olunan ərazilərdə Ermənistan basdırdığı minalar insanların həyatı üçün ciddi təhlükə yaradır".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O xatırladıb ki, sentyabrın 19-20-də antiterror tədbirləri ilə ölkəmiz bütün ərazisi üzərində suveren hüquqlarını bərpa etdi. Ermənistanın işğalçı qüvvələri ərazilərimizi tərk etməyə məcbur edildi. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini öz hərbi və diplomatik səyləri ilə özü təmin etdi. Bu məsələdə beynəlxalq hüququn norma və prinsiplərinə dayanan ədalətli mövqe sərgiləmiş Qoşulmama Hərəkatının üzvlərinə təşəkkür edirəm. Qeyd etmək istərdim ki, bu qələbəni əldə etmək naminə biz çoxsaylı itkilər verdik, ərazilərimiz, evlərimiz, mədəni abidələrimiz talan olundu, dini ibadətgahlarımız təhqir edildi, dağıdıldı. Ətraf mühitə, ekoloji tarazlığa böyük dərəcədə ziyan dəydi. Ən ağrılısı odur ki, bu münaqişədə qadınlar və uşaqlar saysız-hesabsız əzablara məhkum oldular, bütün hüquqları pozuldu, bir çoxları vəhşicəsinə qətlə yetirildilər".
B.Muradova hazırda azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirildiyini, Böyük Qayıdış planının reallaşdırıldığını vurğulayıb: "Keçmiş köçkünlər və onların ailələri azad olmuş ərazilərdə yeni salınmış şəhər və kəndlərə əbədi yurd salmaq üçün geri qayıdırlar. Lakin, biz bu təcavüzün ağır nəticələri ilə üz-üzə qalmaqla yanaşı, yenə də qurbanlar verməyə davam edirik. Azad olunan ərazilərimizdə işğalçı Ermənistan qoşunlarının basdırdığı 1 milyon yarımdan artıq minalar və partlamamış sursatlar insanların həyatı üçün ciddi təhlükə yaradır. Lakin, bununla belə Azərbaycan Ermənistana mümkün əməkdaşlıq imkanlarından yararlanmaqla sülh gündəliyini təklif edir. Tərəflər arasında sülh müqaviləsinin imzalanmasına, Cənubi Qafqazda dayanıqlı qonşuluq münasibətlərinin əldə olunmasına çalışır".