Özbəkistan Prezidenti İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İsrail və Fələstini sülh danışıqlarına başlamağa çağırıb.
“Report”un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə Özbəkistanın dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı sammitinin açılışındakı çıxışında bildirib.
“Mülki şəxslər – qadınlar, uşaqlar, qocalar getdikcə daha çox bu müharibənin qurbanlarına çevrilirlər. Tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarına başlamağa çağırırıq”, - o deyib.