Главная > Manset / Dünya > Özbəkistan Prezidenti İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırıb
Özbəkistan Prezidenti İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırıb9-11-2023, 20:30. Разместил: azadses |
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İsrail və Fələstini sülh danışıqlarına başlamağa çağırıb. “Report”un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə Özbəkistanın dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı sammitinin açılışındakı çıxışında bildirib. “Mülki şəxslər – qadınlar, uşaqlar, qocalar getdikcə daha çox bu müharibənin qurbanlarına çevrilirlər. Tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarına başlamağa çağırırıq”, - o deyib. Вернуться назад |