“Neftçi”nin sabiq baş məşqçisi Rumıniya klubunu aldadıb
“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampf Rumıniya klubu “Universitatya Krayova”nı aldadıb.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis müqavilənin ləğvi üçün razılaşdırılan 300 000 avroluq təzminatı kluba ödəməyib.
Bunu “Universitatya Krayova” sahibi Mixai Rotaru açıqlayıb. O bildirib ki, mövsümün gedişində sözləşməyə təktərəfli xitam verən və Səudiyyə Ərəbistanının “Əl-Tai” klubunun “sükanı arxası”na keçən Regekampfla bağlı məhkəməyə müraciət olunub.
Qeyd edək ki, Laurentsiu Regekampf ötən mövsümün sonunda “Neftçi”dən ayrılıb.