Şenol Günəş: “Neftçi” ilə oyuna daha hazırlıqlı çıxacağıq”
- 4-08-2023, 13:39
- İdman
“Neftçi” ilə oyuna daha hazırlıqlı çıxacağıq”.
“Report”un məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsi oyunu barədə danışarkən deyib.
71 yaşlı mütəxəssis II raundda Albaniya təmsilçisi “Tirana”nı hər iki görüşdə məğlub etmələrinə (3:1, 2:0) baxmayaraq, komandasının hələ də istədiyi formada olmadığını bildirib: “Mövsümün əvvəli olduğu üçün oyunçular ideal formadan uzaqdırlar. Ancaq getdikcə daha yaxşı vəziyyətdə oluruq. Zədəli futbolçularımız da sıraya döndükdən sonra komandamız indikindən güclü olacaq. Növbəti mərhələdə “Neftçi” ilə keçiriləcək görüşə bundan da yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da İstanbulda, cavab görüşü isə 17-də Bakıda keçiriləcək.