Qazaxıstanın Baş naziri Çində səfərdədir
Qazaxıstanın Baş naziri Alixan Smailov Çində işgüzar səfərdədir.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısının tapşırığına əsasən, Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ÇXR-ə işgüzar səfərə gedib. Alixan Smailovun ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyan ilə aparılacaq danışıqlar zamanı ticarət-iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektrinin müzakirəsi planlaşdırılır”, – məlumatda bildirilir.
Qeyd edək ki, Smailov Şanxayda 6-cı Çin Beynəlxalq İdxal Malları Sərgisinin açılışında da iştirak edəcək və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə burada təqdim olunan milli pavilyonlarla tanış olacaq.