Gürcüstan İtaliya ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında bəyannamə imzaladı
- 22-04-2023, 08:33
- Dünya
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və onun italiyalı həmkarı Antonio Tayani müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə yüksək səviyyəli dialoqun yaradılması haqqında bəyannamə imzalayıblar.
Bu barədə cümə günü Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu format siyasət, müdafiə və təhlükəsizlik, ticarət və iqtisadiyyat, mədəniyyət, təhsil və elm sahələrini əhatə edən dörd tematik ölçüdən ibarət olacaq”, - deyə məlumatda bildirilib.
Bəyannamədə hər iki ölkənin xarici işlər nazirlərinin həmsədrliyi ilə vaxtaşırı görüşlərin keçirilməsi nəzərdə tutulur. Sessiyalarda, həmçinin, sahə departamentlərinin təmsilçilərindən ibarət nümayəndə heyətləri də iştirak edəcək. Mətbuat xidməti əlavə edib ki, hər görüşdən sonra birgə kommünike dərc olunacaq.Qeyd edək ki, Darçiaşvili cümə axşamı Romaya işgüzar səfərə yollanıb. O, artıq İtaliyanın qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri ilə danışıqlar aparıb, həmçinin İtaliyada yaşayan gürcü diasporunun nümayəndələri ilə görüşüb.
Mənbə: TASS