KİV: Tehranda “3+3” formatında xarici işlər nazirlərinin görüşü keçiriləcək
Sabah İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında ikinci görüş keçiriləcək.
"Report" bu barədə İRNA-ya istinadən xəbər verir.
Məlumata görə, görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Nəşr qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətidən də danışılacaq.
Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub. "3+3" formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir.