Rafael Ağayev Braziliyaya dəvət olunub
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Braziliyaya dəvət olunub.
"Report" yerli "Revide" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı idmançı oktyabrın 15-də Ribeyrao-Preto şəhərindəki Albert Sabin məktəbində xüsusi məşq keçəcək.
Braziliyanın karate komandasının məşqçisi Rikardo Aqiar təcrübəli Ağayevin şəhərə səfəri ilə bağlı açıqlama verib: "Onun səviyyəsində bir idmançını gətirə bilmək böyük şərəfdir. Bu, Ribeyrao-Pretonun beynəlxalq tədbirlərə necə hazır olduğunu bir daha göstərir. Bu karateçinin gəlişi region idmançılarının peşəkar inkişafı baxımından unikal fürsətdir".