Rumıniyanın Baş naziri: “Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində mühüm rola malikdir”
"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir".
"Report" xəbər verir ki, bunu Rumıniyanın Baş naziri İon-Marçel Çolaku Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O, Azərbaycanla Ruminiya arasında strateji münasibətlərin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan və Rumıniyanın sadəcə tərəfdaş deyil, həm də dost ölkələr olduğunu vurğulayıb.
Baş nazirin sözlərinə görə, Rumıniya Azərbaycanla strateji tərəfdaşlığa dair saziş imzalayan ilk Avropa İttifaqı ölkəsidir.
O, avropalı həmkarları ilə də Cənub Qaz dəhlizini müzakirə etdiyini xatırladaraq, deyib ki, nəqliyyat sahəsində də Azərbaycan mühüm rola malikdir. Onun sözlərinə görə, Qara dəniz və Xəzər dənizi arasında nəqliyyat bağlantısının gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Yaşıl enerji layihələrinin vacibliyi barədə fikirlərini ifadə edən İon-Marçel Çolaku deyib ki, Avropanın hazırda yaşıl enerjiyə ciddi ehtiyacı var və Azərbaycandan yaşıl enerjinin ixracı məsələsi əhəmiyyətlidir.