azadses.az » Manset » Ekspert: “Tarif Şurasının qərarı dərman bazarında rəqabəti gücləndirəcək”

Ekspert: “Tarif Şurasının qərarı dərman bazarında rəqabəti gücləndirəcək”

“Tarif (Qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ölkədə dərman vasitələrinin satışı üzrə fəaliyyət göstərən təsərrüfat subyektləri arasında rəqabəti gücləndirəcək”.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, bu da dərman bazarında ucuzlaşmaya səbəb olacaq.

“İndiyə qədər Tarif Şurası konkret qiymət müəyyən edirdi və bu dərmanlar bu qiymətə satılırdı. Yəni qiymət çox dar bir dəhlizdə idi. İndi isə dərman satışı üçün yuxarı hədd müəyyənləşdirilir. Bu da rəqabət üçün şərait yaradacaq. Amma qiymətlərin ciddi azalacağını gözləmirəm, sadəcə, bazara yeni oyunçuların daxil olmasına imkan verilib.

Əvvəllər Tarif Şurası konkret qiymət müəyyən etdiyinə görə rəqabət müəyyən qədər pozulurdu. Nəticədə daha rahat formada dərman əldə edə bilib bazarda daha çox alıcı cəlb etməyi bacaran təsərrüfat subyektləri bu fəaliyyətə başlamağa maraqsız idi. Amma bu dəyişiklik təsərrüfat subyektlərini bir qədər aktivləşdirəcək. Bir şərtlə ki, bu aktivliyin qarşısı hansısa digər subyektiv amillərlə alınmasın. Yəni əlində müəyyən qədər inzibati resurslar və ya inzibati resurslara çıxışı olan güclü təsərrüfat subyektləri onlara mane olmasın, ölkəyə dərmanın idxalına, qeydiyyat proseslərinə problem yaratmasınlar. Bunlar olmazsa, apteklər arasında qiymət fərqi olacaq”, - deyə ekspert qeyd edib.
“Dərman bazarına müsbət təsir edəcək proseslərdən biri də Milli Məclisdə Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı göndərilən təkliflərlə bağlıdır. Yaxın müddətdə bu məcəllənin qəbulu gözlənilir. Sənəd qəbul edilərsə, işlək mexanizm formalaşarsa, onun işləməsinə hansısa inzibati maneələr yaradılmazsa, dərman əlçatanlığı ölkə əhalisi üçün daha yaxşı olar”, - deyə o əlavə edib.

Ekspert hesab edir ki, ölkədə dərman vasitələrinə əlçatanlığın təmin olunması üçün görülən tədbirlər bu il əvvəlki illərlə müqayisədə daha nikbin təəssürat yaradır:

“Dərman zavodlarının açılması və qanunvericilik bazasında dəyişikliklərin olması müsbət haldır. Eyni zamanda, bir qərar dərmanların qiymətinin kəskin enməsini təmin edə bilməz. Dərman vasitələrinin kifayət qədər ucuzlaşması üçün problem kompleks şəkildə həll olunmalıdır. Bunlardan da biri ölkədə dərman istehsalına kifayət qədər nail olunmasıdır. Yəni daha böyükhəcmli zavodların tikintisinə ehtiyac var. Bu il yeni dərman zavodunun açılmasını bu istiqamətdə bir ilk hesab etmək olar. Məncə, bu, müsbət bir tendensiya yarada biləcək. Düzdür, ölkədə bütün dərman vasitələrinin istehsalı mümkün deyil, buna 20 ilə də nail ola bilmərik. Amma ən azından, nədənsə başlamaq lazımdır. Bu baxımdan, dərman zavodlarının açılmasını müstəsna əhəmiyyətli hadisə hesab edirəm.

Bundan başqa, əvvəl dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı istehsalçıların məcburi müraciəti olmalı idi. Yeni dəyişikliklə idxalçıların da müraciəti əsasında dərman vasitələri qeydiyyata alına bilər”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?