Xəzər dənizində zəlzələ olub
- 15-02-2023, 16:19
- Cəmiyyət
Xəzər dənizində zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 15:42-də Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3,1 olan yeraltı təkan 60 km dərinlikdə baş verib.