Ukrayna rəsmisi: “Müharibə Rusiya ərazisinə keçir, qoy, savaşın nə demək olduğunu anlasınlar"
“Müharibə Rusiya ərazisinə keçir. Qoy, qarşı tərəf də müharibənin nə olduğunu başa düşsün”.
“Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov “Azadlıq” radiosuna müsahibəsində deyib.
O bildirib ki, Moskva da savaşdan əziyyət çəkməlidir: “Ukraynalı uşaqlar, qadınlar və qocalar düşmən hücumlarına görə daim sığınacaqlarda yaşayırlar. Qoy, qarşı tərəf də Moskvada öz evlərində özlərini rahat hiss edə bilməsin”.
O.Danilovun sözlərinə görə, bu, ədalətlidir: “Qarşı tərəfə daha çox təzyiq göstərilməlidir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu ilin iyununda Ukrayna əks-hücum əməliyyatlarına start verib.
Xatırladaq ki, son zamanlar Ukrayna Rusiya ərazisinə, o cümlədən, paytaxt Moskvaya intensiv zərbələr endirir.