ABŞ İnstitutu: “Ukraynanın hazırda davam edən əks-hücum əməliyyatları daha böyük əməliyyatlara hazırlıqdır”
- 19-08-2023, 10:16
- Dünya
“Ukraynanın hazırda davam edən əks-hücum əməliyyatları daha böyük əməliyyatlara hazırlıqdır”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.
Qeyd olunub ki, hazırkı həmlələr gələcək əməliyyat üçün əlverişli şərait yaratmağa hesablanıb:
“Ukrayna əks-hücum əməliyyatlarının ümumi uğuru haqqında qiymətləndirmələr etmək hələ tezdir. Müxtəlif mərhələlərdə əks-hücum əməliyyatları müxtəlif templə inkişaf edə bilər”.
Hesabatda bildirilib ki, Rusiyanın effektiv müdafiə əməliyyatları və sıx mina sahələri Ukraynanın irəliləyişlərini məhdudlaşdırıb:
“Yəqin ki, proses hələ bir müddət belə davam edəcək. Anonim ABŞ mənbələrinin məlumatına görə, Ukrayna Melitopol istiqamətində o qədər də çox irəliləyə bilməyəcək”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə keçən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyununda əks-hücum əməliyyatına başlayıb.