azadses.az » Manset » İanələrin elektron şəkildə toplanması və sərf olunması ilə bağlı qaydalar layihəsi hökumətə təqdim edilib

İanələrin elektron şəkildə toplanması və sərf olunması ilə bağlı qaydalar layihəsi hökumətə təqdim edilib

İanələrin elektron şəkildə toplanması və sərf olunması ilə bağlı qaydalar layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, son günlər mediada, o cümlədən sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri məscid və ziyarətgahlarda ianələrin toplanması, daha doğrusu, nəzir qutuları ilə bağlıdır. "Dövlət Komitəsinin məsələ ilə bağlı dəfələrlə mövcud vəziyyət və qanunvericilik bazası barədə açıqlama verməsinə baxmayaraq, təəssüf ki, hələ də bəzi mətbuat orqanlarında yanlış fikirlər tirajlayanlar, Dövlət Komitəsinə qarşı haqsız və əsassız ittihamlar səsləndirənlər var. Görünən odur ki, bu cür əsassız ittihamlar bəzən bilərəkdən, bəzən də bilməyərəkdən tirajlanır, nəticədə ictimaiyyətdə ianələr, o cümlədən nəzir qutuları, habelə Dövlət Komitəsinin fəaliyyəti barədə yanlış rəy formalaşdırmağa cəhd edilir.

İanələr və nəzir qutuları ilə maraqlanan, bu məsələdə qərəzsiz və obyektiv fikir bildirmək istəyənlərdən xahiş edirik ki, mediada və sosial şəbəkələrdə nəsə yazmadan öncə “Dini etiqad azadlığı haqqında” Qanuna ötəri də olsa, nəzər yetirsinlər.

Qanuna əsasən, dini qurumlar (dini ibadət yerləri) könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər".

Məlumatda vurğulanıb ki, ianələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar Qanundan irəli gələn məsələləri tənzimləmək üçün müvafiq qaydaların layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib: "Qeyd olunan qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ianələrlə bağlı mexanizmin hansı formada tənzimlənəcəyi ilə bağlı ətraflı məlumat veriləcək.

Bir daha bildiririk ki, sözügedən qaydalar təsdiqlənməyənə qədər Dövlət Komitəsinin nəzir qutuları və ianələrlə bağlı məsələləri tənzimləməsi, eləcə də nəzarət etməsindən danışmaq doğru deyil və əsassızdır".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?