Müşfiq Ələsgərli: “Təəssüf ki, etik standartları pozaraq mediadan sui-istifadə hallarına yol verirlər”
- 29-07-2022, 20:17
- Cəmiyyət
Baş prokuror Kamran Əliyevin “Real” TV-yə verdiyi müsahibəsində reket jurnalistikası, insanların nüfuzuna xələl gətirən davranışlara yol verən şəxslər barəsində ciddi tədbirlərin görülməsi ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Reket jurnalistikası ilə davamlı mübarizə aparılmasına baxmayaraq, bu kimi neqativ halların sayı artmaqdadır. Baş prokuror müsahibəsində problemlə mübarizə üçün hətta müəyyən tədbirlər planının hazırlanmalı olduğuna da diqqət çəkib.
Qanunla bu kimi əməllərə yol verən şəxs və ya şəxslər məsuliyyətə cəlb edilirlər. Bəs media özü bununla nə cür mübarizə aparmalıdır?
Peşəkar jurnalistikada bu cür “jurnalist”lərin ifşa olunması üçün hansı tədbirlər həyata keçirilir?
Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib ki, Azərbaycanda qanunvericilik və jurnalistlərin peşə-davranış qaydaları mediadan sui-istifadə hallarını istisna edir:
“Bu hal qanunsuzdur və etik kodeksə uyğun deyil. Təəssüf ki, bəzən ənənəvi, çox vaxt da sosial media təmsilçiləri bu qaydaları, etik standartları pozaraq mediadan sui-istifadə hallarına yol verirlər. Biz buna reket jurnalistikası deyirik. Yəni həmin şəxs və ya şəxslər kimlərisə yazdıqları, yazacaqları yazılarla hədələyərək müəyyən maddi maraq güdürlər. Bu kimi əməllərə qarşı hər zaman mübarizə aparılıb.
Təəssüf ki, son vaxtlar bu cür neqativ əməl sahiblərinin mediadan, xəbər saytlarından sui-istifadə halları artıb. Bunun da səbəbi ənənəvi media müstəvisindən - radio, TV, agentliklərdən sıxışdırılıb çıxarılan reketlərin özlərinə sosial platformalarda yeni məkan seçmələridir. İnternetin, sosial medianın inkişafı mediadan sui-istifadə hallarının artmasına münbit şərait yaradır. Telefonu, kompüteri olan şəxs bir domen alaraq özünü jurnalist, media mənsubu kimi təqdim edir. Bu da həmin “jurnalist”, “KİV qurumları”nın sayının artmasına səbəb olur. Hətta bəzən mənəvi dəyərləri belə aşmağa cəhd edənlər olub.
2021-ci ildə şəhid ailələrini maddi maraq xətrinə aldadan “jurnalist”lərin də şahidi olduq. Həmin “jurnalist”lər sosial media üzərindən kimlərdənsə qanunsuz vəsait istəməklə yanaşı, həm də dövlət üçün təhlükəli şəxslərə çevrilirlər”.
M.Ələsgərli onu da əlavə edib ki, reket jurnalistlər bəzən xarici şəbəkələrdən qeyri-leqal formada vəsait alaraq, qaydaları pozur və ölkədə onların maraqlarına xidmət edən əsassız məlumatlar yayırlar:
“Azərbaycan ordusu, ictimai, sosial vəziyyət barədə yalan informasiyalar yayaraq əsassız narahatlıq yaratmağa çalışırlar. DİN bu istiqamətdə tədbirləri daha da gücləndirməlidir. Ümumiyyətlə, reket jurnalistikası ilə mübarizə üç istiqamətdə paralel aparılmalıdır - cəmiyyət, media təşkilatları, hüquq-mühafizə orqanları birgə tədbirlər görməlidirlər.
Qanunvericilikdən xəbəri olan heç bir jurnalist yazacağı məlumat barədə şəxslərdən pul istəməz. Belə bir hal varsa, avtomatik olaraq o şəxs barəsində hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Hüquq-mühafizə orqanları bu istiqamətdə dəfələrlə araşdırma aparıblar və neqativ hallara yol verməklə jurnalist peşəsinə kölgə salan “jurnalist”lər barəsində qanunvericilik çərçivəsində cəza tədbirləri görüblər”.