“Vaqif Xaçaturyanın məhkəməsi Meşəli qırğınını dünyaya çatdırmağa imkan verəcək” - RƏY
“Vaqif Xaçaturyanla bağlı yaxın gələcəkdə keçiriləcək açıq məhkəmə prosesi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır”.
Bunu “Report”a açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.
O, Meşəli sakinlərinin beynəlxalq ictimaiyyətə müraciət ünvanladığını xatırladıb.
Təşkilat sədri diqqətə çatdırıb ki, sakinlər beynəlxalq ictimaiyyətdən Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa və onları təhvil verməyə məcbur etməyi tələb ediblər:
“Müraciətdə tamamilə haqlı olaraq qeyd olunur ki, heç bir beynəlxalq təşkilat 32 ildir Meşəlidə törədilmiş soyqırımı ilə maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz bildirməyib, Meşəli sakinləri ilə sanki heç nə olmamış kimi davranıblar. Bu boyda faciəni görməyib, eşitməyiblər, yaxud sadəcə olaraq görmək və eşitmək istəməyiblər. Meşəli sakinləri humanistlik göstərərək öz müraciətlərində Vaqif Xaçaturyanı qanun qarşısında cavab verməyə çağırsalar da, bu çağırışın Qarabağda yaşayan dinc erməni əhalisi ilə heç bir əlaqəsi olmadığını qeyd edirlər. Çünki onların Xaçaturyan kimilərdən fərqli olaraq, dinc insanlarla heç vaxt düşmənçiliyi olmayıb”.
R.İskəndərli hesab edir ki, müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçdikdən sonra qarşı tərəfin və bəzi xarici təşkilatların onun azad edilməsi üçün çağırışlar etmələri, guya mülki şəxsin həbs edilməsi kimi Azərbaycana qarşı ittihamları tamamilə əsassızdır:
“Hələ 2013-cü il noyabr ayının 12-də Azərbaycanın Baş Prokurorluğu tərəfindən məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Vaqif Xaçaturyan beynəlxalq axtarışa verilmişdi. Vaqif Xaçaturyan artıq 10 ildir ki, beynəlxalq konvensiyalarla qadağan edilən müharibə cinayətləri törətdiyinə görə axtarışdadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələrinə əsasən onun törətdiyi soyqırımı və əhalini deportasiya etmə və ya köçə məcburetmə cinayətləri Azərbaycan qanunvericiliyi ilə yanaşı, beynəlxalq konvensiyaların da pozulmasıdır. Vaqif Xaçaturyanın da iştirak etdiyi cinayətkar birliyin milli, etnik və dini zəmində törətdiyi əməlləri 1948-ci il 9 dekabr tarixli “Soyqırımının qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin və 1966-cı il 10 dekabr tarixli qəbul olunmuş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın da pozulmasıdır. Həmin beynəlxalq normalar belə əməlləri törədənlərin cəzalandırılmasını tələb edir”.
QHT sədri vurğulayıb ki, Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş azərbaycanlılara qarşı işgəncələr və digər insanlıq əleyhinə cinayətlərdə ittiham olunan erməni hərbçilər – Mkrtçyan Lüdvik Mkrtıçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı 2021-ci ilin yay aylarında keçirilmiş məhkəmə prosesi zamanı olduğu kimi, Vaqif Xaçaturyanın yaxın gələcəkdə başlayacaq məhkəmə prosesində də, məhkəmənin təşkili, tərəflərin bərabərliyi, zərərçəkmişlərin ifadə verməsi, tərcümə təmin olunmalıdır: “Eyni zamanda Ombudsman, QHT və media nümayəndələrinin müstəqil müşahidəsinə lazımi şərait yaradılmalıdır. Ümumiyyətlə, ədalətli məhkəmə araşdırması, şəffaf və açıq məhkəmə çəkişməsi ilə bağlı bütün beynəlxalq standartlara riayət olunmuş proses keçirməklə, beynəlxalq ictimaiyyət arasında geniş təbliğ olunmalı və bu proses vasitəsilə Meşəli kəndində baş vermiş hadisələr bir daha beynəlxalq ictimaiyyətə çatdırılmalıdır”.